Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir
Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi İranı quru sərhəd keçid məntəqəsindən keçərək tərk edən ölkə vətəndaşlarını Azərbaycandan Rusiyaya çatdıracaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" TASS-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi reysi Rusiya vətəndaşlarını Moskvaya təxliyə etmək üçün Moskva yaxınlığındakı Jukovski hava limanından yola düşüb.
FHN dəqiqləşdirib ki, onları uçuşda “Tsentrospas” bölməsinin tibb işçiləri və nazirliyin Təcili Psixoloji Yardım Mərkəzinin mütəxəssisləri müşayiət edəcək. Təxliyə Rusiya Prezidenti Vladimir Putinin göstərişi əsasında təşkil olunur.








