İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsizliyi ilə bağlı videoçarx hazırlanıb -

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsizliyi ilə bağlı videoçarx hazırlanıb - VİDEO

03 Mart 2026

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinə qarşı diqqətin artırılması məqsədilə maarifləndirici videoçarx hazırlanıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlığı çərçivəsində hazırlanmış videoçarxın əsas məqsədi vətəndaşları və bölgəyə səfər edən şəxsləri mina xəbərdarlıqedici nişanlara ciddi şəkildə əməl etməyə çağırmaq, təhlükəsizlik qaydaları barədə ictimai maarifləndirməni gücləndirməkdir.