Naxçıvan şəhərində yeni marşrut xətləri fəaliyyətə başlayıb

Naxçıvan şəhərində yeni marşrut xətləri fəaliyyətə başlayıb

03 Mart 2026

Naxçıvan şəhərində ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində yeni marşrut xətləri sərnişinlərin istifadəsinə verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "BakuBus" MMC sosial şəbəkə hesablarında məlumat yayıb.

Yenilənmiş xətlər şəhərin müxtəlif yaşayış məntəqələrini və mühüm obyektlərini birləşdirir.

Yeni marşrut istiqamətləri aşağıdakılardır:

1. Əliabad qəsəbəsi – Yeni Naxçıvan yaşayış massivi

2. Tumbul kəndi – Əyləncə adası

3. Olimpiya İdman Kompleksi

4. “Araz” İstehsalat Birliyi – Əliabad qəsəbəsi

5. Elektrik yarımstansiyası – Xalçaçılıq fabriki

6. Babək şəhəri – Zəfər parkı

7. Qaraçuq kəndi – “Cahan” ticarət mərkəzi

8. Xəlilli kəndi – “Cahan” ticarət mərkəzi

9. Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti – Yeni Naxçıvan yaşayış massivi

Qeyd edək ki, dəyişikliklər şəhərdaxili hərəkətin rahatlığının artırılması, sərnişin axınının optimallaşdırılması və yaşayış massivləri ilə sosial obyektlər arasında nəqliyyat əlaqəsinin gücləndirilməsi məqsədi daşıyır.

Yeni marşrut xətləri ilə bağlı əlavə məlumatlar rəsmi qurumların məlumat platformaları vasitəsilə ictimaiyyətə təqdim olunacaq.