Naxçıvanda Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar biotexniki tədbir keçirilib -

Naxçıvanda Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar biotexniki tədbir keçirilib - FOTO

03 Mart 2026

Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Şahbuz rayonunun Biçənək kəndi yaxınlığında, çöl heyvanlarının sıx məskunlaşdığı dağlıq ərazilərə 100 kiloqramdan çox daşduz yerləşdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ümumdünya Vəhşi Təbiət Günü vəhşi fauna və floranın zənginliyini, onların ekosistemlərin davamlılığında və insan həyatında oynadığı mühüm rolu diqqətə çatdırmaq, eyni zamanda cəmiyyətin təbiətə qarşı məsuliyyət hissini gücləndirmək məqsədilə təsis edilib.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dağlıq ərazilərdə çöl heyvanlarının qidaya olan təlabatının qismən ödənilməsi məqsədilə keçirilən biotexniki tədbirlər zərurət yaranan digər ərazilərdə davam etdiriləcəkdir.