Naxçıvanda birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin olunub -

Naxçıvanda birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin olunub - SƏRƏNCAM

03 Mart 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələrinə hakimlərin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında da yeni hakim təyinatları həyata keçirilib.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə Rəhimova Aybəniz Məhəmməd qızı təyin olunub.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi vəzifəsinə Bayramova Cahan Gəray qızı təyin edilib.

Bundan başqa, Kəngərli Rayon Məhkəməsinə Rzazadə Türkan Əvəz qızı hakim təyin olunub.

Qeyd edək ki, yeni təyinatlar məhkəmə sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədi daşıyır.