Naxçıvanda bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə olacaq

Naxçıvanda bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə olacaq

03 Mart 2026

Martın 5-də magistral xətdə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Naxçıvan şəhərinin bəzi ərazilərində və ətraf kəndlərdə su təchizatında müvəqqəti fasilə yaranacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sasilə aşağıdakı ünvan və yaşayış massivlərini əhatə edəcək:

S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan küçələri, 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndləri.

Qurumdan bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi gün ərzində bərpa olunacaq.

Əlaqə üçün: “(036) 545-01-93” 

Çağrı Mərkəzi (7/24)