Fərid Bağırzadə Kəngərli rayonunda vətəndaşları qəbul edəcək

Fərid Bağırzadə Kəngərli rayonunda vətəndaşları qəbul edəcək

26 Fevral 2026

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə martın 5-də Kəngərli rayonunda vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 26 fevral - 2 mart tarixlərində Nazirliyə rəsmi şəkildə (aasmn.nmr@sosial.gov.az elektron ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.

Vətəndaşların qəbulu əvvəlcədən  tərtib edilmiş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.