Efiopiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli fevralın 26-da Azərbaycana rəsmi səfərə gəlib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.










