DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar - FOTO, VİDEO
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Xidmətdən məlumat verilib.
Bildirilib ki, abidənin önünə gül dəstələri qoyulmuş, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.









