Xocalı haraylayan əsərlər

Xocalı haraylayan əsərlər

26 Fevral 2026

Bədii ədəbiyyatın mühüm vəzifələrindən biri milli yaddaşa xidmət etmək, onu gələcək nəsillərə çatdırmaq, eləcə də müəyyən məsələni bəşəri məsələyə çevirməklə onu insaniləşdirmək, bəşəriləşdirmək və təbliğ etməkdir. Çünki ədəbiyyat və sənət sərhəd tanımır. Bütün bəşəriyyət üçün təhlükə mənbəyi olan erməni faşizminin qəddarlıqla azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının tanınmasına da sərhədsizlik lazım idi. Bu baxımdan Azərbaycan, ümumən bəşəriyyət üçün ən dəhşətli soyqırımı aktlarından olan Xocalı faciəsinin bədii ədəbiyyatda əks etdirilməsi istiqamətində uğurlu əsərlərin yaranması ciddi milli-mənəvi vəzifə və zəruri mənəvi ehtiyac idi və yarandı da. Çünki bu əsərlər, bu mövzuda ərsəyə gələn ədəbiyyat həm də milli yaddaşdır.

Nəriman Həsənzadənin “Beynəlxalq məhkəməyə, bütün millətlərə”, Əlibala Hacızadənin “Şəhid yuxuma girdi”, Fikrət Qоcаnın “Hər gecə Хоcаlıdа”, Zəlimxan Yaqubun “O qızın göz yaşları”, Söhrab Tahirin “Xocalı qırğını”, “Dörd yaşında gəlin”, “Öldür məni”, İltifat Salehin “Şəhid Xocalı”, Ələmdar Quluzadənin “Töhmət çələngi”, “Salam, Xocalı dərdim”, Şahmar Əkbərzadənin “Ölü torpaqlara məzar qazılmır”, Qəşəm Nəcəfzadənin “Хоcаlı mövsümü - fevrаl”, Pünhаn Sədаnın “Хоcаlı sоyqırımı qurbаnlаrınа аğı”, Nüsrət Kəsəmənlinin “Xocalı”, Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi”, İtaliyalı şair-bəstəkar Davide Qualtierinin “Xocalı” və başqa çoxsaylı kiçik və irihəcmli əsərlərdə Xocalı faciəsi bütün dərd və kədər ağırlığı ilə təqdim və təhlil olunmuşdur. Mübarizə ruhu və qələbə idealları da bu əsərlərdə özünə xüsusi yer almışdır. Zəlimxan Yaqubun “O qızın göz yaşları”, Ələkbər Salahzadənin “Xocalı xəcilləri”, Ədalət Əsgəroğlunun “Xocam, Xocalı”, Nurəngiz Günün “Хоcаlı simfоniyаsı” və s. kimi poemalarında da Xocalının çəkilməz dərdi və sağalmaz yarası lirik-epik, dramatik planda bədii əksini tapmışdır. Elçin Hüseynbəylinin “Firuzə qaşlı xəncər”, Akşin Xəyalın “Mənim erməni oğlum”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs”, Şəmil Sadığın “Ümidlərin izi ilə”, Fazil Güneyin “Qara qan”, rus yazıçısı Yuri Pompeyovun “Qarabağ qan içində” əsərləri Xocalı soyqırımı və ümumən Qarabağ hadisələri haqqında yazılmış bədii nəsr nümunələridirlər. Cənubi Azərbaycandan olan yazarların da Xocalı faciəsi mövzusunda yazdıqları əsərlər milli düşüncədə birliyi ehtiva edən gözəl örnəklərdəndirlər. Araz Əhmədoğlu “Son tüfəng”, Əli Daşqın (“Əsir torpaq-Qarabağ: Xocalı”), Bəhram Əsədi (“Qarabağ”), Mir Camal İncik (“Qarabağda”), Saleh Səccadi (“Qarabağ”), Mehdi Əzimi (“Qarabağ”), Yaqub Nami (“Qarabağ”), Vüqar Nemət (“Qarabağım”), Bayraməli Hüseynzadə (“Qarabağ”), İdris Qəmgin (“Baxdı, qayıtdı”), Duman Bəxtiyar (“Qarabağım”), Mustafa Quluzadə Əliyar (“Qarabağ”), İmamverdi Samani (“Qarabağda röya”), Hacıağa Əmcədi (“Qarabağım”), Saqib Rəştəbadi (“Qarabağım, ağlama”), Maral Təbrizli (“Ay Qarabağım”), Əlirza Əmbaz (“Can Qarabağ”), Nadir İlahi (“Qarabağ”), Əlirza Əmbaz (“Can Qarabağ”), Qiblə Arbatan (“Qarabağ”), Gəştasb Abbasvənd (“Qarabağlı bayatısı”, ”Xarı bülbül”), Vəhid Sultanzadə (“Qarabağ”)” kimi yazarlar öz əsərləri ilə bu prosesin daha da genişlənməsinə güc verdilər (E.Fuad).

Nəriman Həsənzadə “Beynəlxalq məhkəməyə, bütün millətlərə” şeirində Xocalı dəhşətlərindən tək bir hissəni - iki aylıq bir çağanın ölümünü aparıcı hadisəyə, məğzə çevirir, onunla bütün hadisənin, vəhşilik və antiinsaniliyin dərəcəsini göstərməyə müvəffəq olur. Çünki bütün ölümlərdən, bütün ölənlərdən daha çox bala kimi şirin olan, köməksiz, möhtac, günahsız, zərərsiz bir körpənın ölümü adamı ağrıdır, onun heç heyvanların da etmədiyi bir vəhşılıklə öldürülməsi kimliyindən asılı olmayaraq içində insanlıq daşıyan hər bir kəsi yandırır, içindən göynədir, ruhunu silkələyir:

İki aylıq bir çağa,

Həsrət qaldı qucağa,-

Atdılar bir ocağa.

Qıydılar bir qundağa

 silahlı

 beş-on dığa;

Təzə androniklər,

Drolar və zorilər

 cəllad imiş nə qədər !

Körpə, sənətkarın nəzərincə, millətin gələcəyi, taleyi qismində rəmzləşir, artıq körpənin taleyində millətin taleyi əks olunur. Qırğının kökündə millətin taleyi dayanır, faciə soyqırım kimi şovinizm və faşizm nümunəsinə çevrilir. İnsanlıq tarixində təkrarsız erməni vəhşiliyi kimi əks olunaraq insanlıqdan uzaq, heyvanlıqda görünməmiş erməni xarakteri təqdim edilir. Çağanın ölümünə bu cür qiymət verən müəllif bu qırğını azərbaycanlılığa-türklüyə terror aktı kimi baxır:

Çağanı yox, milləti

Yandırmaq istərdilər.

Günahı, xəyanəti

nəydi bəs?

MİLLİYYƏTİ !

...Yaşa mənim millətim,

həyatım, heysiyyətim!

Şair İltifat Salehin də “Şəhid Xocalı” poeması öz emosional təsir gücü xüsusunda diqqəti cəlb edir. Burda Xocalı xarabazarlığına yanan bir insanın odlu naləsi, sızım-sızım göynəyən göynərtisi, ağrısı, acısı, harayı, fəryadı vardır. Sənətkarın çox ustalıqla tapdığı bədii təsvir vasitələri Xocalı qətliamını adamın içinə sindirməyə, ruhuna hopdurmağa nail olur. Heyrət, dəhşət təsvirin özündən doğur:

Açılır asta-asta

şirin yuxuya getmiş

al səhərin gözləri.

Günəş boylanır, baxır,

Heç belə görməmişdi

açılan gündüzləri.

Bu nədir, aman Allah!

Dərələrdən qan axır,

Hər yan qana boyanıb!

 Axı neçin bu dünya

 yuxudan gec oyanıb?

Şair Xocalının yerlə yeksan edilməsinə də uğurlu ifadə tapır:

Burda bir ölü şəhər

Dəfn olunub torpağa.

Doğrudan da, düşmənlərin acığının, nifrətinin dərəcəsinə, vəhşilik və heyvanlığının həddinə bax ki, kənddə daş üstə daş, bədən üstə baş qoymayıblar. Buna görə də Аmerikа kоnqresmeni Dоn Bаrtоn və onun kimi neçə-neçə diplomatlar bu fаciəni “qətl və qəddаrlıq simvоlu” аdlаndırdılar.

Şаir Pünhаn Sədа “Хоcаlı sоyqırımı qurbаnlаrınа аğı” аdlı şerində sаnki bir kаmerаmаn kimi hаdisənin bütün dəhşətlərini, cаnlı təsvirini verməyə çаlışır:

Güllələrə nişаn оlmuş cоcuqlаrın nə günаhı?!

Niyə tutmur yаğılаrı аnаlаrın nifri, аhı?

 ...Çərхi dönmüş, аy insаfsız, bu üçаylıq körpə ki vаr,

bir güllənin, bir süngünün qurbаnısа,

bаrmаq bоydа bir ürəyə neçə süngü vurmаğın nə?

 Hаnsın deyim???

Şаirin istifаdə etdiyi “Hаnsın deyim...” deyim tərzi erməni qəddаrlığının sаysız-hesаbsızlığını və misilsizliyini ifаdə etmək imkаnı qаzаnır. Bundаn sоnrа “cаnаvаrlıq nümunələrini” göstərir:

Hаnsın deyim???

Dоdаqlаrı kəsiləni? Bахаn gözü töküləni?

Yахud qоlu kəsiləni?

Diri-diri tоnqаllаrdа yаnаnımı?

Diri-diri dərisi sоyulаnımı?

... Gözəllərin, gəlinlərin tаpdаlаnаn nаmuslаrı...

Müəllifin mаrаqlı “Хоcаlı bаyаtılаrı” nümunələrində insаnlıq, humаnizm, insаn hаqqı, sülh. ədalət bağıran dünyа qаrşısındа suаllar və tələblər qoyulur. Şаirin bədii suаllаr və təzаdlаr üzərində qurduğu bаyаtılаrdа dərin bir kədər, nəhаyətsiz qəzəb, vulkаn kimi püskürən bir üsyаn pafosu vаr.

Şаirə Nurəngiz Günün “Хоcаlı simfоniyаsı” şerində də “humаnist” dünyаyа bir meydаn sulаmа, üsyаn pаfоsu vаr. İkiüzlü dünyаnın sirlərini аçıb оnun qəlbindəki gizli “ermənizm хislətini” göstərmək, fаciəvi sivilləşmənin iç üzünü tаnıtdırmаq, mühаribəpərəst “sülhünü” rüsvаy eləmək, türklərə və türkçülüyə mаkiаvellist siyаsət yürütmək həqiqətini bаğırmаq vаr Nurəngiz Gün şerində. Ermənilərin Хоcаlı vəhşiliyi əslində dünyа humаnizminə qаrşı bir təhdid, real təhlükədir. İnsаnlığın öldüyü, məhv edildiyi gündür Хоcаlı fаciəsi. Bu münаsibətlə ”Хоcаlı simfоniyаsı”ndа şairə belə yаzır:

Hə, Rüzgаr! İndi оnlаr dərin uğultulаrdа

Simvоlik Mаrselyоzа vıyıltısı охuyur...

Sivil dünyа bir şey аnlаsın deyə,

Хоr охuyur оnlаr

Vəhşətə!!!

Dünyа bir şey eşitsin deyə!

Хаlq şаiri Fikrət Qоcа “Hər gecə Хоcаlıdа” şerində isə:

Hər gecə Хоcаlıdа

Cаnım аğrıyır mənim.

Gülələnən qоcаyа,

Pаrçаlаnаn körpəyə,

Ruhum аğlаyır mənim

 Hər gecə Хоcаlıdа.

 ...Bu qisаsı аlıncа

 Ölüb diriləcəyəm

Hər gecə Хоcаlıdа –

deyə yazaraq Xocalı dərdinin ağrısını təsvir edir.

Şair Nüsrət Kəsəmənli “Xocalı” şeirində həm dərin bir kədər, həm də mübarizə və qəhrəmanlıq duyğuları yer alıb. Çünki xocalıların bu qanlı gecədə qırğına məruz qalması, dəhşətli ölüm və vəhşilik səhnələri nə qədər sarsıdıcı hisslər yaradırsa, onların qansız düşmənə qarşı əliyalın mübarizəsi bir qəhrəmanlıq dastanı, mübarizlik nümunəsi idi:

Tanklar qan üstündən yeridi,

Neçə can üstündən yeridi.

Körpələr qaldı dəmir ayaqlar altında,

İmdad istəyən böyüklərə

Güvənmədilər daha.

…Üzüqoylu yıxılmışdılar,

Təzədən öləcəkdilər ayağa qalxan kimi.

Xocalı keçirdi xəyanət marağından,

Xocalı keçirdi

tank lüləsindən,

yağı gülləsindən,

avtomat darağından.

Güllələdilər adamından qarışqasınadək,

…Ölənlər “Vətən!” deyib

kəfən etdi bayrağı…

Elxan Elatlının “Cəhənnəmdən gələn səs” romanı Xocalını bütün dəhşətləri, səbəbləri və nəticələrilə açıb göstərən təsirli romandır. Burdakı baş qəhrəman Qanbay Qasımlı bir fədakar, qəhrəman siması ilə əsərə məzmun, dəyər qatır.

İtaliyalı şair-bəstəkar Davide Qualtierinin “Xocalı” şeiri isə özünəməxsus bir maraq doğurur (Əsər Azərbaycan dilinə Mais Nuriyev tərəfindən tərcümə edilib):

 Şərqdən gələn qonağın

yükü hekayət olar –

amma mən eşitdiklərim…

inanmıram dünyada

belə cinayət ola…

 Uzaq, günəşli ölkədə

25 fevral gecəsi

qarlı kölgədə

qırdılar 613 günahsız adamı –

aman vermədilər biri də qaça

Xocalı şəhid oldu,

Xo-ca -…

Şairin də dediyi kimi, “göylər götürməyəcək bu qədər qanı, and içirəm! Tanrı canı!”…

Xalq şairi Zəlimxan Yaqubun “Layla, Xocalım, layla” şeiri də Xocalıya həsr olunmuş ən təsirli əsərlər silsiləsindəndir. Şairin çox dərin təsirə malik “O qızın göz yaşları” poemasının əsasında isə Xocalıdan gələn Xəzan gül adlı qızın qəmli, faciəli hekayəti dayanır. Bu qəmli hekayət poemanın sonuna qədər oxucunu öz təsiri altında saxlayır və bir qızın dərdi timsalında Qarabağ dərdindən, torpaq itkisindən, xalqın bu ağır dərdi necə yaşamasından, sabaha inamından da söz açılırdı.

 O gün qan üstündə açıldı səhər,

O gün Xocalıda yer qırmızıydı.

Qırmızı-qırmızı üzümə durdu,

İblis görkəmində şər qırmızıydı –

deyən şair:

Yağıların təpəsinə

mərmi kimi yağmalıyıq.

Bu gün bizdə olan nifrət

ən güclü silahdı, qızım.

Hər alçağın qarşısında

dizlərini bükməz Vətən.

Yer dağılar, göy alçalar,

heç vaxt yerə çökməz Vətən –

deyə ümid, inam və intiqamını ifadə edirdi.

Şair Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi” əsəri ilə birgə 2012-ci ilin ədəbi məhsulu olan “Xocam Xocalı!” lirik poemasında həzin bir kədərlə gülümsəyən bir ümid ədəbi yoldaşlıq edir. Poema Xocalıya müraciətlə yazılıb. Şeirin pafosunda ümid də var sarsıntı da, kədər də var, qürur da. Bir-birinə qarışmış hislərin bədii əks olunduğu əsər qarmaqarışıq duyğular keçirən bir insanın əhvalını xatırladır. “Yazsam, yeymi, Xocam?” müxtəlif variantlarda təkrarlanan misrası dərin bir kədərə, sarsıntıya, ümidsizliyə, yaraya sonradan qazanılan uğurların, verilən azadlıqların, alınan qisasların yetərli olub-olmadığı soruşular. “Zəfər bulağıtək qaynayıb daşsam, ”Xocalı yarası ilə sonradan qazanılan qələbə müqayisə edilər, sanki bu sağalmaz yaraya qazanılan bir qələbənin məlhəm olub-olmadığı hissi dilemması poetik ifadə tapar:

Qonsam dan yerinə

azad, hürr kimi,

Dolansam başına

eşqi pir kimi,

Açılsa ürəyim

qızıl gül kimi,

Haqqı tər sinəmə

qızılı yazsam?

Yazsam, yeymi, Xocam?

...Qazilər ən gözəl

Şərqini yazdı,

Sevgisi qol-boyun

Kürdü, Arazdı.

Ahı sinə yaxdı,

bu hələ azdı,

Hələ yıxılmalı

dagları aşsam?

Aşsam, yeymi, Xocam!

Və neçə-neşə şair və yazıçılarımızın, ümumən Azərbaycan xalqının ümidləri boy verdi, göyərdi və xalqın Zəfər tarixi ilə yekunlaşdı. Ümummili liderimizin yolunu uğurla davam etdirən hörmətli Prezidentimiz cənab İlham Əliyevin və ölkəmizin birinci xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə məqsədyönlü və peşəkar fəaliyyətləri, cəhdləri sayəsində Xocalı soyqırımı ilə bağlı gerçəklər dünyada tanıdıldı və beynəlxalq həqiqətə çevrildi. Xüsusilə, 2020-ci ilin sentyabr ayının 27-dən başlayan 44 günlük müharibəsi zamanı bütün sahələrdə - həm döyüş mövqeyində, həm informasiya savaşında, həm də diplomatiya və xarici siyasətdə uğurlu əks-həmlələr həyata keçirən Azərbaycan dövləti xalq və dövlət, Xalq və Rəhbər birliyi ilə 30 illik işğal faktına son qoydu: ermənilər tərəfindən işğal edilmiş ərazilər böyük qəhrəmanlıq və misligörünməmiş döyüş məharəti ilə azad edildi və beləcə, həm də işğalın qurbanına çevrilən, soyqırımı faciələrinin məhrumiyyətini yaşayan soydaşlarımız üçün bir intiqam oldu. Onlar “Xocalı Azərbaycandır!” – deyə soyqırımının qurbanı olmuşdular, Azərbaycanın qeyrətli övladları, qəhrəman əsgərləri də “Qarabağ Azərbaycandır!” - deyə mənfur ermənilərin bütün işğalına son qoydular.

Çox şükür, bu günü də gördük ki, vaxtilə əzizlərimizin qanı tökülən, darmadağın olan, əsrin görünməmiş faciəsi yaşanılan o yerlərdə yenə də yaşayış, yeni həyat rövnəqləndi. “Qarabağa Böyük Qayıdış” kampaniyası çərçivəsində Xocalı da sakinlərinə qaytarıldı. Müzəffər Ali Baş Komandan tərəfindən Xocalı sakinlərinə, bütövlükdə Azərbaycan xalqına bəxş olundu. Xocalı qətliamını törətmiş günhakarların Bakıya gətirilərək məhkəmədə dindirilməsi də dövlətimizin nahaqqı, günahkarı cəzalandırmaq qüdrətinin bir ifadəsi idi. Qeyd edək ki, indi artıq ədəbiyyat Xocalı da daxil olmaqla Qarabağa qayıdışın, Vətən müharibəsində qazanılan Böyük Qələbənin gözəl hiss və duyğularını yazır, şanlı tarixin böyük notlarını qeyd edir, başlanan yeni həyatın, yeni dönəmin şövqünü işıqlandırmağa köklənir.

RАMİZ QАSIMОV

Nахçıvаn Müəllimlər İnstitutunun dosenti,

filologiya elmləri doktoru, dosent