Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım edib

26 Fevral 2026

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, prezident bu barədə "X" sosial media hesabında yazıb.

"Xocalı qətliamının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmət və dərin hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Ağrısını hər zaman qəlbimizin ən dərinində hiss edəcəyimiz bu insanlıqdan uzaq qətliamı heç vaxt unutmayacağıq", - paylaşımda qeyd olunub.

https://x.com/RTErdogan/status/2027013279755739280/photo/1