Ramazanın 9-cu gününün duası - imsak və iftar vaxtı
Sabah Ramazan ayının doqquzuncu günüdür.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda fevral ayının 27-də imsak vaxtı saat 06:11 -də, iftar vaxtı isə saat 19:02-dədir.
Ramazan ayının 9-cu gününün duası:
“İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”
İftar duası:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!
Qeyd:Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.
Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl
Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl
Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra
Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra
Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra
Martın 20‑si Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20‑si və 21‑i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq








