Rəşad Nəbiyev yeni əmr imzalayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Xidmət təminatçılarına mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə xidmət haqqı məbləğləri"ni təsdiqləyib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni əmr imzalayıb.
Qərara əsasən, xidmət haqqı ilə bağlı aparılan bütün hesablaşmalar "Nağdsız hesablaşmalar haqqında" qanunun 3.1-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Xarici valyutada nəzərdə tutulan xidmət haqları Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla ödənilir.
Xidmətlər Azərbaycandan kənarda həyata keçirildikdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin həmin xidmətlərin göstərilməsinə cəlb edilmiş işçilərinə "Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin normaları üzrə hesablanmış məbləği xidmət haqlarına əlavə olaraq xidmət göstərilən istifadəçilər ödəyir.
Xidmət haqqı məbləğlərinə əlavə dəyər vergisi daxil deyil.
Xidmət haqqı məbləğləri aşağıdakı kimidir:
| Sıra nömrəsi | Xidmətin adı | Ölçü vahidi | Xidmət haqqının məbləği |
| 1 | 2 | 3 | 4 |
| 1. | qeyri-müntəzəm (çarter) uçuş marşrutuna icazənin verilməsi üzrə müraciətin "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununa və mülki aviasiya sahəsində beynəlxalq hava daşımalarını tənzimləyən beynəlxalq müqavilələrə uyğunluğunun yoxlanılması | ||
| 1.1. | birdəfəlik uçuşun yerinə yetirilməsinə dair | hər uçuş üçün | 100,0 avro |
| 1.2. | uçuşun uçuş proqramı əsasında 3 ay müddətinədək yerinə yetirilməsinə dair | hər uçuş proqramı üçün | 1000,0 avro |
| 1.3. | uçuşun uçuş proqramı əsasında 3 aydan 6 ay müddətinədək yerinə yetirilməsinə dair | hər uçuş proqramı üçün | 1500,0 avro |
| 2. | Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda uçuş marşrutunun təsdiq edilməsi üzrə müraciətin mülki aviasiya sahəsində beynəlxalq hava daşımalarını tənzimləyən beynəlxalq müqavilələrə uyğunluğunun yoxlanılması | hər uçuş marşrutu üçün | 100,0 manat |
| 3. | mülki hava gəmisi ilə təhlükəli yüklərin daşınmasına təsdiqetmə icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər icazə üçün | 200,0 manat |
| 4. | mülki hava gəmisi ilə təhlükəli yüklərin daşınmasına azadetmə icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər icazə üçün | 500,0 manat |
| 5. | aviasiya subyektlərinin aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi | hər subyekt üçün | 5000,0 manat |
| 6. | aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlığa xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sertifikatın etibarlılığının təsdiq edilməsi | ümumi dəyəri 1000 manatdan aşağı olan avadanlıq istisna olmaqla hər avadanlığın növü üzrə | 1000,0 manat |
| 7. | aviasiya təhlükəsizliyinə dair baxış üzrə operatorun bilik və bacarığının qiymətləndirilməsi | hər namizəd şəxs üçün | 40,0 manat |
| 8. | aviasiya təhlükəsizliyi üzrə instruktorun bilik və bacarığının qiymətləndirilməsi | hər namizəd şəxs üçün | 150,0 manat |
| 9. | aviasiya tədris mərkəzinin aviasiya təhlükəsizliyinin təmini sahəsi üzrə normativ hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi | hər tədris mərkəzi üçün | 2000,0 manat |
| 10. | aviasiya təhlükəsizliyi proqramının təsdiq edilməsi | hər proqram üçün | 500,0 manat |
| 11. | aviasiya təhlükəsizliyi proqramına edilən dəyişikliklərə razılığın verilməsi | hər proqram üçün | 100,0 manat |
| 12. | təhlükəli yüklərin daşınmasına dair prosedurun (hava gəmisi istismarçısının istismar təlimatında (OM) qeyd edilmədiyi halda) təsdiq edilməsi | hər prosedur üçün | 500,0 manat |
| 13. | təhlükəli yüklərin daşınmasına dair prosedura edilmiş dəyişikliklərin (hava gəmisi istismarçısının istismar təlimatında (OM) qeyd edilmədiyi halda) təsdiq edilməsi | hər prosedur üçün | 100,0 manat |
| 14. | Azərbaycan Respublikasında fəaliyyət göstərən hava gəmisinin istismarçılarının uçuş heyətinə uçuş heyəti üzvünün vəsiqəsinin verilməsi üçün müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər uçuş heyəti üzvü üçün | 70,0 manat |
| 15. | Azərbaycan Respublikasında fəaliyyət göstərən digər dövlətdə qeydiyyatda olan hava gəmisinin istismarçılarının nümayəndəliklərinin əməkdaşlarına hava limanının nəzarət edilən zonalarına buraxılış vərəqələrinin verilməsi üçün müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər əməkdaş üçün | 140,0 manat |
| 16. | təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması üçün xarici dövlətdə alınmış istismarçı sertifikatında müvafiq icazəsi olan xarici dövlətin istismarçısının icazəsinin tanınması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər tanınma üçün | 1000,0 manat |
| 17. | Azərbaycan Respublikasında təhlükəli yüklərin poçt vasitəsilə göndərilməsi ilə məşğul olan poçt operatorunun təhlükəli yüklərin daşınması üzrə prosedurunun və ya təlim proqramının təsdiq edilməsi | hər prosedur və ya təlim proqramı üçün | 500,0 manat |
| 18. | Azərbaycan Respublikasında təhlükəli yüklərin poçt vasitəsilə göndərilməsi ilə məşğul olan poçt operatorunun təhlükəli yüklərin daşınması üzrə proseduruna və ya təlim proqramına dəyişikliklərin təsdiq edilməsi | hər prosedur və ya təlim proqramı üçün | 250,0 manat |
| 19. | imtahanların, praktiki bacarıq testinin, bacarıq yoxlamasının və səriştə qiymətləndirilməsinin həyata keçirilməsi | ||
| 19.1. | xarici dil biliyi təsdiqinin və ya sertifikatının alınması üçün imtahanın həyata keçirilməsi | hər iştirak üçün | 200,0 manat |
| 19.2. | nəzəri bilik imtahanının həyata keçirilməsi | hər iştirak üçün | 50,0 manat |
| 19.3. | praktiki bacarıq testinin, bacarıq yoxlamasının və ya səriştə qiymətləndirilməsinin həyata keçirilməsi | hər praktiki bacarıq testi, bacarıq yoxlaması və ya səriştə qiymətləndirilməsində iştirak üçün | 500,0 manat |
| 20. | şəhadətnamənin verilməsi, şəhadətnamənin müddətinin uzadılması, şəhadətnaməyə dəyişiklik edilməsi və ya konvertasiya olunması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | ||
| 20.1. | şəhadətnamənin verilməsi, şəhadətnamənin müddətinin uzadılması və ya konvertasiya olunması üzrə müraciətin normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | ||
| 20.1.1. | nəqliyyat pilotu və çoxheyətli pilot | hər şəhadətnamə üçün | 500,0 manat |
| 20.1.2. | kommersiya pilotu | hər şəhadətnamə üçün | 400,0 manat |
| 20.1.3. | həvəskar pilot | hər şəhadətnamə üçün | 300,0 manat |
| 20.1.4. | hava şarı pilotu | hər şəhadətnamə üçün | 250,0 manat |
| 20.1.5. | məsafədən idarə edən pilot (operator) | hər şəhadətnamə üçün | 250,0 manat |
| 20.1.6. | kabinə heyəti | hər şəhadətnamə üçün | 200,0 manat |
| 20.1.7. | naviqator, bort mühəndisi, bort radiooperatoru (bort radist) | hər şəhadətnamə üçün | 400,0 manat |
| 20.1.8. | havada hərəkəti idarəetmə dispetçeri | hər şəhadətnamə üçün | 350,0 manat |
| 20.1.9. | uçuş dispetçeri | hər şəhadətnamə üçün | 200,0 manat |
| 20.1.10. | hava gəmisi texniki | hər şəhadətnamə üçün | 300,0 manat |
| 20.2. | şəhadətnaməyə dəyişiklik edilməsi | hər dəyişiklik üçün | 100,0 manat |
| 21. | sertifikatın verilməsi, sertifikatın müddətinin uzadılması və ya sertifikata dəyişiklik edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | ||
| 21.1. | uçuş heyətinə təlim keçən təlimçilər | hər sertifikat üçün | 500,0 manat |
| 21.2. | digər aviasiya personalına təlim keçən təlimçilər | hər sertifikat üçün | 400,0 manat |
| 21.3. | uçuş heyətinin bilik və bacarıqlarını yoxlayan və qiymətləndirən imtahançılar | hər sertifikat üçün | 700,0 manat |
| 21.4. | digər aviasiya personalının bilik və bacarıqlarını yoxlayan və qiymətləndirən imtahançılar | hər sertifikat üçün | 500,0 manat |
| 22. | ixtisas qeydlərinin verilməsi, yenidən təsdiq edilməsi, müddətinin uzadılması və ixtisas qeydinə dəyişiklik edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | ||
| 22.1. | uçuş heyəti | hər qeyd üçün | 200,0 manat |
| 22.2. | havada hərəkəti idarəetmə dispetçeri | hər qeyd üçün | 200,0 manat |
| 22.3. | hava gəmisi texniki | hər qeyd üçün | 200,0 manat |
| 22.4. | digər aviasiya personalı | hər qeyd üçün | 150,0 manat |
| 23. | şəhadətnamələrə əlavə qeydlərin daxil edilməsi | hər qeyd üçün | 100,0 manat |
| 24. | şəhadətnamə, ixtisas qeydi, sertifikat və digər əlaqəli sənədlər üzrə üzv dövlətdə verilmiş analoji sənədin etibarlılığının təsdiq edilməsi | hər sənəd üçün | 700,0 manat |
| 25. | üzv dövlət tərəfindən verilmiş şəhadətnamə imtiyazlarının doğrulanması | hər imtiyazın doğrulanması üçün | 50,0 manat |
| 26. | şəhadətnamə, vəsiqə və ya sertifikatlara tətbiq edilən məhdudiyyətlərin ləğvi | hər məhdudiyyət üçün | 100,0 manat |
| 27. | şəhadətnamə, vəsiqə və ya sertifikatın dublikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər dublikat üçün | 100,0 manat |
| 28. | aviasiya tibb eksperti tərəfindən aparılan aviasiya-tibbi müayinə və qiymətləndirilmələrin nəticələrini əks etdirən hesabatın və ekvivalent sənədin qiymətləndirilməsi | hər nəfər üçün | 150,0 manat |
| 29. | hava gəmisinin növ sertifikatının tanınması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər hava gəmisi üçün | 10000,0 manat |
| 30. | xüsusi uçuş icazəsinin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər icazə istənilən uçuş üçün | 2000,0 manat |
| 31. | hava gəmisinə uçuşa yararlılıq sertifikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, habelə sertifikatın müddətinin uzadılması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, müffətiş yoxlamalarının keçirilməsi | ||
| 31.1. | çəkisi 5700 kq-dək olan hava gəmiləri üçün | hər sertifikat üçün | 5000,0 manat |
| 31.2. | çəkisi 5700 kq-dan 30.000 kq-dək olan hava gəmiləri üçün | hər sertifikat üçün | 7500,0 manat |
| 31.3. | çəkisi 30.000 kq-dan 100.000 kq-dək olan hava gəmiləri üçün | hər sertifikat üçün | 10000,0 manat |
| 31.4. | çəkisi 100.000 kq-dan 200.000 kq-dək olan hava gəmiləri üçün | hər sertifikat üçün | 15000,0 manat |
| 31.5. | çəkisi 200.000 kq-dan 300.000 kq-dək olan hava gəmiləri üçün | hər sertifikat üçün | 20000,0 manat |
| 31.6. | çəkisi 300.000 kq-dan çox olan hava gəmiləri üçün | hər sertifikat üçün | 25000,0 manat |
| 32. | ixrac üçün uçuşa yararlılıq sertifikatının verilməsi üzrə müffətiş yoxlamasının keçirilməsi | ||
| 32.1. | çəkisi 5700 kq-dək olan hava gəmiləri üçün | hər sertifikat üçün | 2500,0 manat |
| 32.2. | çəkisi 5700 kq-dan 30.000 kq-dək olan hava gəmiləri üçün | hər sertifikat üçün | 5000,0 manat |
| 32.3. | çəkisi 30.000 kq-dan 100.000 kq-dək olan hava gəmiləri üçün | hər sertifikat üçün | 7500,0 manat |
| 32.4. | çəkisi 100.000 kq-dan 200.000 kq-dək olan hava gəmiləri üçün | hər sertifikat üçün | 10000,0 manat |
| 32.5. | çəkisi 200.000 kq-dan 300.000 kq-dək olan hava gəmiləri üçün | hər sertifikat üçün | 12500,0 manat |
| 32.6. | çəkisi 300.000 kq-dan çox olan hava gəmiləri üçün | hər sertifikat üçün | 15000,0 manat |
| 33. | hava gəmisində modifikasiyalar və ya təmirlərin yerinə yetirilməsinə dair məlumatların təsdiq edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər modifikasiya və ya təmir üçün | 1000,0 manat |
| 34. | səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikatın verilməsi və ya yenidən rəsmiləşdirilməsi ilə bağlı müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər sertifikat və ya yenidən rəsmiləşdirmə üçün | 2000,0 manat |
| 35. | radioavadanlıq sertifikatının verilməsi və ya yenidən rəsmilədirilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər sertifikat və ya yenidən rəsmiləşdirmə üçün | 1000,0 manat |
| 36. | mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilata təsdiq və tanınma sertifikatlarının verilməsi, sertifikata dəyişikliklərin edilməsi və sertifikatın müddətinin uzadılması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | ||
| 36.1. | sertifikatın verilməsi üzrə | hər təşkilat üçün | 10000,0 manat |
| 36.2. | sertifikata dəyişikliklərin edilməsi üzrə | hər dəyişiklik üçün | 3000,0 manat |
| 36.3. | sertifikatın müddətinin uzadılması üzrə | hər təşkilat üçün | 5000,0 manat |
| 37. | texniki xidmət proqramının və ya proqrama edilmiş dəyişikliklərin təsdiq edilməsi | hər proqram üçün | 1000,0 manat |
| hər dəyişiklik üçün | |||
| 38. | mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilata təsdiq sertifikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | ||
| 38.1. | sertifikatın verilməsi üzrə | hər təşkilat üçün | 5000,0 manat |
| 38.2. | sertifikata dəyişikliklərin edilməsi üzrə | hər dəyişiklik üçün | 2000,0 manat |
| 38.3. | sertifikatın müddətinin uzadılması üzrə | hər təşkilat üçün | 3000,0 manat |
| 39. | təşkilatın təlimatının və ya təlimata edilən dəyişikliklərin təsdiq edilməsi | hər dəyişiklik üçün | 1500,0 manat |
| 40. | mülki hava gəmisinin dövlət qeydiyyatına alınması üçün daxil olmuş müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər hava gəmisi üçün | 1000,0 manat |
| 41. | mülki hava gəmisinin dövlət uçotuna alınması | hər hava gəmisi üçün | 500,0 manat |
| 42. | mülki hava gəmisinin dövlət reyestrindən çıxarılması | hər hava gəmisi üçün | 2000,0 manat |
| 43. | mülki hava gəmisinin uçuşa yararlılığı və uçuş əməliyyatlarının həyata keçirilməsi ilə bağlı beynəlxalq standarta riayət etməkdən istisnanın verilməsi ilə bağlı müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər istina üçün | 1500,0 manat |
| 44. | hava limanının və (və ya) aerodromun istismarçısının beynəlxalq standarta riayət etməkdən azadolma halı barədə qərarın qəbul edilməsi | hər qərar üçün | 1500,0 manat |
| 45. | pilotsuz uçuş aparatına qeydiyyat sertifikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər mülki pilotsuz uçuş aparatı üçün | 500,0 manat |
| 46. | pilotsuz uçuş aparatı istismarçısına istismarçı sertifikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər mülki pilotsuz uçuş aparatı üçün | 1000,0 manat |
| 47. | pilotsuz uçuş aparatı istismarçısına əməliyyat icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər mülki pilotsuz uçuş aparatı üçün | 1000,0 manat |
| 48. | hava gəmisinin minimum avadanlıq siyahısının (MEL) təsdiq edilməsi | hər MEL üçün | 2000,0 manat |
| 49. | hava gəmisinin minimum avadanlıq siyahısına (MEL) dəyişikliklərin təsdiq edilməsi | hər dəyişiklik üçün | 100,0 manat |
| 50. | xüsusi şəraitlərdə uçuş əməliyyatının yerinə yetirilməsinə icazənin verilməsinə dair istismarçı sertifikatında qeydlərin aparılması | hər qeyd üçün | 2000,0 manat |
| 51. | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsin daimi nəzarət funksiyası çərçivəsində hava gəmisinin istismarçısının istismarçı sertifikatının tələblərinə uyğunluğunun təmin edilməsi | ||
| 51.1. | sərnişin daşıma fəaliyyəti ilə məşğul olan yerli hava gəmisinin istismarçısına münasibətdə | Azərbaycan Respublikasının hava limanlarından (aeroportlarından) beynəlxalq daşımalar üzrə uçub gedən hər bir sərnişindən alınan yığım üzrə | 2 avro |
| 51.2. | yük daşıma fəaliyyəti ilə məşğul olan yerli hava gəmisinin istismarçısına münasibətdə | Azərbaycan Respublikasının hava limanlarından (aeroportlarından) beynəlxalq daşımalar üzrə uçub gedən hava gəmilərinin maksimal çəkisinin hər tonu üçün alınan yığım üzrə | 0.60 avro |
| 52. | hava gəmisinin istismarçısına istismarçı sertifikatın verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması və müfəttiş yoxlamasının həyata keçirilməsi | ||
| 52.1. | hava şarına münasibətdə | hər sertifikat üçün | 2000,0 manat |
| 52.2. | pilotsuz uçuş aparatları istisna olmaqla, digər hava gəmilərinə münasibətdə | hər sertifikat üçün | 10000,0 manat |
| 53. | təlim təşkilatlarına, uçuşu və ya hava hərəkətini imitasiya edən təlim qurğusuna sertifikatların verilməsi, müddətinin uzadılması, eləcə də sertifikata dəyişiklik edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması və müfəttiş yoxlamasının həyata keçirilməsi | ||
| 53.1. | sertifikatın verilməsi üzrə | ||
| 53.1.1. | hava şarı və pilotsuz uçuş aparatlarına münasibətdə | hər sertifikat üçün | 2000,0 manat |
| 53.1.2. | digər hava gəmilərinə münasibətdə | hər sertifikat üçün | 10000,0 manat |
| 53.2. | sertifikata dəyişikliklərin edilməsi üzrə | hər dəyişiklik üçün | 2000,0 manat |
| 53.3. | sertifikatın müddətinin uzadılması üzrə | ||
| 53.3.1. | hava şarı və pilotsuz uçuş aparatlarına münasibətdə | hər sertifikat üçün | 2000,0 manat |
| 53.3.2. | digər hava gəmilərinə münasibətdə | hər sertifikat üçün | 5000,0 manat |
| 54. | model pilotsuz uçuş aparatı klubuna və ya assosiasiyasına icazənin verilməsi və ya müddətinin uzadılması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması | hər təşkilat üçün | 2000,0 manat |
| 55. | hava gəmisi istismarçısının istismar təlimatının (OM), habelə hava gəmisinin uçuş təlimatının (AFM) yoxlanılması və təsdiq edilməsi | hər təlimat üçün | 1000 səhifəyədək – 500,0 manat 1000 səhifədən yuxarı – 1000,0 manat |
| 56. | uçuş heyətinin istismar təlimatının (FCOM, QRH) (hava gəmisi istismarçısının istismar təlimatında (OM) qeyd edilmədiyi halda) yoxlanılması və təsdiq edilməsi | hər təlimat üçün | 1000 səhifəyədək – 250,0 manat 1000 səhifədən yuxarı – 500,0 manat |
| 57. | təlim proqramının və ya təlim kursunun təsdiq edilməsi | hər təlim proqramı və təlim kursu üçün | 2000,0 manat |
| 58. | aviasiya tibb mərkəzi sertifikatının verilməsi ilə bağlı qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi | hər mərkəz üçün | 10000,0 manat |
| 59. | aviasiya tibb mərkəzi sertifikatının yenilənməsi və ya hüquqi qüvvəsinin uzadılması ilə bağlı qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi | hər mərkəz üçün | 5000,0 manat |
| 60. | aviasiya tibb eksperti sertifikatının verilməsi və ya müddətinin uzadılması ilə bağlı qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi | hər namizəd şəxs üçün | 300,0 manat |
| 61. | mülki hava limanına və (və ya) aerodroma uyğunluq sertifikatının verilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi | hər hava limanı və aerodrom üçün | 10000,0 manat |
| 62. | mülki hava limanına və (və ya) aerodroma uyğunluq sertifikatının yenidən rəsmiləşdirilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi | hər hava limanı və aerodrom üçün | 10000,0 manat |
| 63. | helikopter meydançalarına (helideklərə) sertifikatın verilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi | hər helikopter meydançası (helidek) üçün | 5000,0 manat |
| 64. | helikopter meydançalarına (helideklərə) sertifikatın yenidən rəsmiləşdirilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi | hər helikopter meydançası (helidek) üçün | 5000,0 manat |
| 65. | mülki hava limanına və (və ya) aerodroma, habelə helikopter meydançasına (helidekə) dair istismar təlimatının (OM) yoxlanılması və təsdiq edilməsi | hər təlimat üçün | 1500,0 manat |
| 66. | mülki hava limanına və (və ya) aerodroma, habelə helikopter meydançasına (helidekə) dair istismar təlimatına (OM) edilmiş dəyişikliklərin yoxlanılması və təsdiq edilməsi | hər dəyişiklik üçün | 1500,0 manat |
| 67. | Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxsin daimi nəzarət funksiyası çərçivəsində yerüstü xidmət təminatçılarının sertifikat tələblərinə uyğunluğunun təmin edilməsi | ||
| 67.1. | sərnişin daşıma fəaliyyəti ilə məşğul olan xarici hava gəmisinin istismarçılarına münasibətdə | Azərbaycan Respublikasının hava limanlarından (aeroportlarından) beynəlxalq daşımalar üzrə uçub gedən hər bir sərnişindən alınan yığım üçün | 2 avro |
| 67.2. | yük daşıma fəaliyyəti ilə məşğul olan xarici hava gəmisinin istismarçılarına münasibətdə | Azərbaycan Respublikasının hava limanlarından (aeroportlarından) beynəlxalq daşımalar üzrə uçub gedən hava gəmilərinin maksimal çəkisinin hər tonu üçün alınan yığım üçün | 0.60 avro |
| 68. | hava hərəkəti xidmətlərini təmin edən təchizatçıya uyğunluq sertifikatının verilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi | ||
| 68.1. | sertifikatın verilməsi və ya müddətinin uzadılması üzrə | sertifikatlaşdırılması tələb olunan xidmətlərin sayına görə | 3000,0 manat |
| 68.2. | sertifikata dəyişikliklərin edilməsi üzrə | sertifikatda dəyişiklik edilməsi tələb olunan xidmətlərin sayına görə | 1500,0 manat |
| 69. | aeronaviqasiya üzrə təlim proqramının yoxlanılması və təsdiq edilməsi | hər təlim proqramı üzrə | 1500,0 manat |
| 70. | aeronaviqasiya sahəsi üzrə daxili prosedurun yoxlanılması və təsdiq edilməsi | hər prosedur üçün | 1500,0 manat |
| 71. | aeronaviqasiya sahəsi üzrə daxili prosedura dəyişikliklərin təsdiq edilməsi | hər prosedur üçün | 1000,0 manat |
Bu qərar 30 gün sonra qüvvəyə minəcək.
Nazirliyin Hüquq şöbəsinə bu qərarı 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil etməsi tapşırılıb.








