Azərbaycanda 2900-dən çox məktəbdə genişzolaqlı internetdən istifadə edilir
Azərbaycanda 2900-dən çox məktəbdə genişzolaqlı internetdən istifadə olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Elm və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsilin rəqəmsallaşması" mövzusunda media nümayəndələri üçün brifinqdə deyib.
Onun sözlərinə görə, hər il təhsil müəssisələri 40-50 min kompüterlə təmin edilir.
"2026-cı ilin sonunda kompüter və şagird nisbətinin 1:6-ya çatdırılması planlaşdırılır", - o bildirib.








