Naxçıvanda ötən sutka ərzində 2 yanğın hadisəsi baş verib
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 2 yanğın hadisəsinə çıxış həyata keçirilib.
Belə ki, Şərur rayon Yengicə kəndində ot bağlamalarında, Ordubad rayonu Darkənd kəndində isə quru ot və kol-kos sahələrdə yanğın hadisələri baş verib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.








