Elnur Bağırov Naxçıvan Muxtar Respublikasına səfər edib -

Elnur Bağırov Naxçıvan Muxtar Respublikasına səfər edib - FOTO

24 Fevral 2026

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Naxçıvan Muxtar Respublikasına səfər edib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.