Əli Orucov: İftar süfrəsi açmağın əsas mahiyyəti səmimiyyət və paylaşmaqdır

Əli Orucov: İftar süfrəsi açmağın əsas mahiyyəti səmimiyyət və paylaşmaqdır

26 Fevral 2026

Ramazan ayı İslam dünyasında rəhmət, mərhəmət və paylaşma ayı kimi dəyərləndirilir. Bu mübarək ayda edilən hər bir xeyirxah əməl daha böyük savab qazandırır. İftar süfrəsi açmaq isə Ramazanın ən gözəl və fəzilətli ənənələrindən biridir.

Bu fikirləri “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Naxçıvan MR Qazısı yanında Şuranın sədri Əli Orucov deyib.

O qeyd edib ki, iftar süfrəsi açmağın əsas mahiyyəti dəbdəbəli yeməklər deyil, səmimiyyət və paylaşmaqdır:

“Əsas niyyət Allah rizasını qazanmaq və ehtiyac sahibinə dəstək olmaqdır”.

Şura sədri vurğulayıb ki, iftar süfrələri cəmiyyətdə birlik və həmrəyliyi möhkəmləndirir. Ailələr, qohumlar və qonşular bir araya gəlir, insanlar arasında mehribanlıq artır. Bu isə Ramazan ayının mənəvi ruhunu daha da gücləndirir.

Qeyd edək ki, müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi Heydər Məscidində təşkil olunub. Tədbirdə şəhid ailələri, qazilər və din xadimləri iştirak ediblər.

Müsahibəni hazırladı:

Mətin Kamal