Naxçıvanda bəzi məktəblərə I sinfə qəbulda üstünlük hüququ tətbiq olunacaq

Naxçıvanda bəzi məktəblərə I sinfə qəbulda üstünlük hüququ tətbiq olunacaq

14 Aprel 2026

2026–2027-ci tədris ilindən Naxçıvanda uşaqların birinci sinfə qəbulu prosesində sıxlıq müşahidə olunan bəzi ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ tətbiq ediləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu qayda Naxçıvan şəhərində yerləşən və şagird sıxlığı olan Heydər Əliyev adına tam orta məktəb, həmçinin Naxçıvan Şəhər 5, 7, 8, 10, 11, 12, 14, 15, 16 və 17 saylı tam orta məktəblərdə I sinfə qəbul zamanı nəzərə alınacaq.

️Həmin məktəblərə qəbul zamanı aşağıdakı meyarlar əsas götürüləcək:

Uşağın bacı və ya qardaşlarından birinin həmin məktəbdə təhsil alması;

Uşağın valideynlərindən birinin həmin məktəbdə işləməsi.

Bu meyarlara uyğun olan uşaqlara I sinfə qəbul zamanı üstünlük veriləcək.