Vətəndaş dövlətin vətəndaşlığından hansı hallarda çıxa bilər? -

Vətəndaş dövlətin vətəndaşlığından hansı hallarda çıxa bilər? - HÜQUQ MƏSLƏHƏTİ

14 Aprel 2026

Sual:  Vətəndaş dövlətin vətəndaşlığından hansı hallarda çıxa bilər?

Cavab: Vətəndaşlıqdan çıxmaya denaturalizasiya da deyirlər. Bu zaman şəxs vətəndaşlıqdan çıxmaq barədə vəsatət qaldırır və prezidentin sərəncamı ilə vətəndaşlıqdan çıxır. Bununla vətəndaşlıq xitam olunur. Şəxs bu hərəkətinin səbəblərini göstərməlidir. Əgər şəxsin dövlət və ya hərbi xidmətlə bağlı öhdəlikləri varsa, cinayət məsuliyyətinə cəlb olunaraq, məhkum olunubsa, mülki hüquqi şəxslər və dövlət qarşısında öhdəlikləri varsa, onun vəsatəti qəbul olunmur. Bütün bunlar aradan qaldırılsa, şəxsin vəsatətinə baxılır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov