İşə qəbul zamanı sınaq müddəti maksimum nə qədər ola bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İşə qəbul zamanı sınaq müddəti maksimum nə qədər ola bilər və bu müddət kimlərə tətbiq edilmir?
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci və 52-ci maddələrinə əsasən, işə qəbul edilərkən işçinin peşəkarlığını və iş bacarığını yoxlamaq üçün maksimum 3 aylıq sınaq müddəti təyin edilə bilər. Lakin qanunvericilik bəzi şəxslər üçün sınaq müddətinin tətbiqini qadağan edir.
Aşağıdakı hallarda işçi sınaq müddəti olmadan birbaşa işə qəbul edilməlidir:
Yaşı 18-dən az olan şəxslər;
Hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınlar, habelə 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər;
Müsabiqə yolu ilə vəzifəyə qəbul edilənlər;
Təhsilini bitirdiyi il ixtisası üzrə ilk dəfə işə düzələnlər;
Ödənişli seçkili vəzifəyə seçilənlər;
İki aya qədər qısa müddətə işə götürülənlər.
Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev








