Əshabi-kəhf ziyarətgahına gedən avtomobil yolunda təmizlik aksiyası keçirilib -

Əshabi-kəhf ziyarətgahına gedən avtomobil yolunda təmizlik aksiyası keçirilib - FOTO

10 Aprel 2026

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Agentliyinin əməkdaşları tərəfindən ekoloji mühitin qorunması məqsədilə uzunluğu 13.9 km olan Babək rayon Əshabi-kəhf ziyarətgahına gedən avtomobil yolunda Təmizlik aksiyası təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, keçirilən aksiyada avtomobil yolunda olan yol nişanları, siqnal dirəkləri və məlumat lövhələrinə baxış keçirilib, yolda olan məişət tullantıları toplanaraq ərazidən uzaqlaşdırılıb. Həmçinin yolun sağ və sol hissəsində olan ağaclarada aqrotexniki qulluq göstərilib.