Sahibə Qafarova Milli Məclis komandasını TÜRKPA turnirində uğuruna görə təbrik edib

Sahibə Qafarova Milli Məclis komandasını TÜRKPA turnirində uğuruna görə təbrik edib

10 Aprel 2026

Sahibə Qafarova Milli Məclisin futbol komandasını Türkiyədə keçirilmiş TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq turnirində uğurlu çıxışla bağlı təbrik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o bununla bağlı parlamentin bugünkü plenar iclasının yekununda danışıb.

Sədr xatırladıb ki, Milli Məclisin komandası Antalyada parlamentlərarası beynəlxalq futbol turnirində ikinci yerə çıxıb.

"Komandanın heyətində Milli Məclisin 10 deputatı, 7 əməkdaşı iştirak edib".

Qeyd edək ki, yarışda 6 komanda mübarizə aparıb. Qırğızıstana 1:2 hesabı ilə məğlub olub, sonra Şimali Kiprə 3:0 hesabı ilə qalib gələn Milli Məclisin komandası qrup birincisi kimi finala yüksəlsə də, həlledici oyunda Türkiyə parlamentarilərinə 1:3 hesabı ilə məğlub olaraq turnirdə ikinci yeri tutub.