İrandan Azərbaycana gətirilən pestisiddə uyğunsuzluq aşkarlanıb

İrandan Azərbaycana gətirilən pestisiddə uyğunsuzluq aşkarlanıb

10 Aprel 2026

İrandan Azərbaycana idxal olunan 12 028 kiloqram pestisiddə uyğunsuzluq aşkarlanıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, "Emulsifiable Oil Aria 80% L" əmtəə nişanlı pestisid məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı müəyyən edilib.

Uyğunsuzluqla əlaqədar məhsullar mənşə ölkəsinə geri qaytarılıb.