"Kivi" yükü aparan nəqliyyat vasitəsində külli miqdarda narkotik aşkar edilib -

"Kivi" yükü aparan nəqliyyat vasitəsində külli miqdarda narkotik aşkar edilib - VİDEO

06 Aprel 2026

Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, "Cənib-Astara" gömrük postunda "kivi" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki "kivi" yükünün içərisindən xüsusi üsullarla qablaşdırılan və gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 63 kiloqram 790 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.