Ötən gün 30 cinayətin açılması təmin edilib

Ötən gün 30 cinayətin açılması təmin edilib

27 Mart 2026

Azərbaycanda martın 26-da cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.