Rusiyanın İrana göndərdiyi növbəti yardım Azərbaycandan yola salınıb
Rusiyadan İrana göndərilən növbəti humanitar yardım Cənub-Astara gömrük postundan yola salınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 7 avtomobildən ibarət olan yük karvanı gömrük yoxlanışından sonra Şimal-Cənub dəhlizi vasitəsilə İran istiqamətinə keçib.
Qeyd edək ki, yükün tərkibinə 140 ton qida və zəruri tələbat malları daxildir.








