Rusiyanın İrana göndərdiyi humanitar yardım Azərbaycanın dövlət sərhədindən keçib - YENİLƏNİB
Humanitar yardım daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 31 vaqondan ibarət yük qatarı "Astara Dəmir Yolu" gömrük sərhəd buraxılış məntəqəsindən İrana yola salınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, humanitar yardımın ümumi çəkisi 300 tondan çoxdur.
Xatırladaq ki, martın 12-də Rusiya FHN-nin 13 tondan çox humanitar yükü - dərman və tibbi ləvazimatları Azərbaycan ərazisindən keçməklə İrana göndərilmişdi.








