Məleykə Abbaszadə: Dövlət qulluğunda kompetensiyaya əsaslanan imtahanlara keçid edilir
Dövlət qulluğunda kompetensiya (bacarıqlara) əsaslanan imtahanlara keçid edilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, dövlət qulluğunda çox vacib mərhələrdir:
"Bu prosesdə dövlət orqanları sıx iştirak edir. Ümumiyyətlə, təhsil sistemində dövrün tələbi ilə əlaqədar yeni çağırışlar var. Biz bu proseslərin şəffaflığını və yeni innovativ yanaşmaları təmin etməyə çalışırıq".








