Emin Əmrullayev: Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb

Emin Əmrullayev: Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb

10 Aprel 2026

Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi (ETN) arasında ciddi əməkdaşlıqlar başlayıb.

"Mühüm məqamlardan biri də mövcud imtahan modeli və məzmununun beynəlxalq standartlara yaxınlaşmasıdır", - nazir bildirib.

E.Əmrullayev onu da qeyd edib ki, buraxılış imtahanlarında xarici dilin məcburi fənn kimi olması, açıq tipli sualların tətbiqi və ikinci cəhdin olması mühüm dəyişikliklərdən idi.