Naxçıvanda “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” ləğv edilib

Naxçıvanda “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” ləğv edilib

10 Aprel 2026

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 6 mart 2026-cı il tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və onun tabeliyində fəaliyyət göstərən “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxs ləğv edilib.

Fərmana uyğun olaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində mərkəzin ləğv prosesinin həyata keçirilməsi məqsədilə ləğv etmə komissiyası yaradılıb. İqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev ləğv etmə komissiyasının sədri təyin olunub.