Yol Polisinin tərtib etdiyi protokoldan məhkəməyə şikayət verilə bilərmi? -

Yol Polisinin tərtib etdiyi protokoldan məhkəməyə şikayət verilə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

09 Aprel 2026

Sual: Yol Polisinin tərtib etdiyi protokoldan məhkəməyə şikayət verilə bilərmi?

Cavab: Belə ki, DYP əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilə bilməz. Şikayət inzibati tənbeh vermə haqqında qərardan verilə bilər. Həmin qərar rəsmi qaydada əldə edilən vaxtdan 20 (iyirmi) gün müddətində verilir.

Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Şahmar Həşimov