Türkiyə mediasında Naxçıvan teatrı ilə bağlı məqalə dərc olunub
Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, əməkdar artist Səməd Canbaxşiyevin Türkiyənin nüfuzlu "Tiyatro" qəzetində məqaləsi dərc olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Naxçıvandan Samsuna və Trabzona uzanan yol" adlı məqalə Naxçıvan Dövlət Milli Dram Teatrının mart ayında Türkiyənin Samsun və Trabzon şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirakı ilə bağlı təəssüratlar əks olunub. İki qardaş ölkənin mədəni əlaqələrində Naxçıvan Teatrının rolu, eyni zamanda sənət mübadiləsi, naxçıvanlı aktyorların səhnə ustalıqları haqqında məlumat verilir. Qeyd edək ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi mart ayının 25-də Samsunda, 27-də isə Trabzonda Hüseyn Cavidin "Ana" dramı ilə yerli tamaşaçılar qarşısında çıxış ediblər.
Bundan başqa, "Tiyatro" qəzetinin baş redaktoru, tanınmış rejissor, aktyor və teatr tənqidçisi Nazif Uslu özünün məqaləsində "Ana" tamaşası ilə bağlı təəssüratlarını qeyd edib.








