Naxçıvanda bəzi ərazilərə dolu düşəcək

Naxçıvanda bəzi ərazilərə dolu düşəcək

10 Aprel 2026

Aprelin 10-dan 12-dək muxtar respublika ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi gözlənilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bəzi ərazilərdə yağıntıların intensivləşəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.

Eyni zamanda, şimal-qərb küləyinin sürətinin 10–15 m/s, arabir 15–20 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.

Əhalidən hava şəraitini nəzərə almaları, ehtiyatlı olmaları və təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur.