Elxan Nəcəfov: Bu təşəbbüs dövlət-özəl əməkdaşlığı sahəsində ilk addımdır

Elxan Nəcəfov: Bu təşəbbüs dövlət-özəl əməkdaşlığı sahəsində ilk addımdır

10 Aprel 2026

Naxçıvanda Təhsil Nazirliyi ilə bp arasında əməkdaşlıq sazişi imzalanıb.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp eksploreyşn (Kaspian Si) arasında əməkdaşlıq sazişi imzalanıb.

Aprelin 10-da nazirlikdə keçirilən görüşdə sənəd tərəflər arasında rəsmi şəkildə təsdiqlənib.

Təhsil naziri Elxan Nəcəfov bp ilə imzalanan sazişin əhəmiyyətini yüksək qiymətləndirib.

Nazir bildirib ki, bu təşəbbüs dövlət-özəl tərəfdaşlığı çərçivəsində nazirlik müstəvisində ilk addımdır.

Onun sözlərinə görə, əməkdaşlıq istedadlı şagirdlərin erkən aşkarlanması, onların beynəlxalq olimpiadalara hazırlanması, müəllimlərin peşəkar inkişafı və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi baxımından mühüm rol oynayacaq.

Müsahibəni hazırladı:

Nəzrin Umay