Naxçıvanda konkret ünvanlarda yeni təhsil infrastrukturu yaradılacaq
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp eksploreyşn (Kaspian Si) arasında əməkdaşlıq sazişi imzalanıb.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalanan sənədin əhəmiyyətindən danışıb.
O deyb ki, layihə çərçivəsində ümumtəhsil müəssisələrində fəaliyyət göstərən 30 nəfər ingilis dili müəllimi ixtisasartırma proqramlarına cəlb olunacaq.
Eyni zamanda, riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə istedadlı şagirdlərin aşkarlanması və onların yerli və beynəlxalq olimpiadalara hazırlanması dəstəklənəcək.
Həmçinin, layihə çərçivəsində 2 istehsalat emalatxanası Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılacaq.
Bundan əlavə, 2 yeni laboratoriya Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində qurulacaq.
Müsahibəni hazırladı:
Nəzrin Umay








