Naxçıvanda təhsil müəssisələrində yeni laboratoriyalar və emalatxanalar yaradılacaq
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp eksploreyşn (Kaspian Si) arasında əməkdaşlıq sazişi imzalanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aprelin 10-da nazirlikdə keçirilən görüşdə sənəd tərəflər arasında rəsmi şəkildə təsdiqlənib.
Bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalanan sənədin əhəmiyyətindən danışıb.
O bildirib: “Saziş əməkdaşlıq üçün mühüm başlanğıcdır və regionda bacarıqların uzunmüddətli inkişafına verilən önəmi göstərir”.
Onun sözlərinə görə, sənəd yerli ehtiyaclar nəzərə alınmaqla istedadlı şagirdlərə dəstək, tədris imkanlarının genişləndirilməsi və təhsil infrastrukturunun təkmilləşdirilməsinə şərait yaradacaq.
Naxçıvanda təhsil müəssisələrində yeni laboratoriyalar və emalatxanalar yaradılacaq. İmzalanan saziş çərçivəsində muxtar respublikada bir sıra təhsil layihələri həyata keçiriləcək.
Belə ki, bp tərəfindən bir neçə məktəbdə kimya laboratoriyaları qurulacaq və ya mövcud laboratoriyalar zənginləşdiriləcək.
Peşə təhsili müəssisələrində isə istehsalat emalatxanalarının yaradılması və ya təkmilləşdirilməsi nəzərdə tutulur.
Müsahibəni hazırladı:
Nəzrin Umay








