Naxçıvanda yaşıllıq zolaqlarında bərpa və abadlıq işləri aparılıb - FOTO
Aprelin 10-da Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Ordubad rayonunun Dəstə kəndinə gedən avtomobil yolunun sağ kənarında yerləşən yaşıllıq zolağında bərpa işləri həyata keçirilib. Görülən işlər çərçivəsində əkilmiş tinglər suvarılıb, mövsümə uyğun aqrotexniki qulluq tədbirləri görülüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, son günlər ərzində qeyd olunan ərazidə ümumilikdə 9,5 hektar sahəni əhatə edən yaşıllıq zolağında kompleks tədbirlər görülüb. Belə ki, su arxları yenilənib, ərazilər alaq otlarından təmizlənib, ağaclarda budama işləri aparılıb, ziyanvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib.
Eyni zamanda, yarım hektar sahədə yeni meyvə bağı salınıb.
Görülən tədbirlər çərçivəsində ümumilikdə 1000-dən çox meyvə tingindən istifadə olunub.
Həyata keçirilən tədbirlər yaşıllıqların mühafizəsi, artırılması və ekoloji tarazlığın qorunmasına xidmət edir.











