Ramilə Seyidova Sədərəkdə vətəndaşları qəbul edəcək
Sədərək rayonu və ətraf yaşayış məntəqələrinin sakinlərinin nəzərinə çatdırılır ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tərəfindən Sədərək rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ilkin olaraq aprelin 14-ü saat 11:00-a planlaşdırılan qəbul aprelin 17-də saat 11:00-a təyin olunub. Qəbul Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Ailə, qadın və uşaq məsələləri ilə bağlı müraciət etmək istəyən vətəndaşlar qəbulda iştirak edə bilərlər.








