Sabah Culfanın bəzi kəndlərində işıq olmayacaq

Sabah Culfanın bəzi kəndlərində işıq olmayacaq

06 Aprel 2026

Culfa rayonunun 18 kəndində aprelin 7-də elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə  "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumata verilib.

Bildirilib ki, fasilələr şəbəkədə aparılacaq planlı təmir-bərpa işləri ilə əlaqədardır:

"Enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki vəziyyətin yoxlanılması məqsədilə 35 kV-luq "Əbrəqunus" hava xəttində və eyniadlı yarımstansiyada gərginliyin açılması nəzərdə tutulub. Təmir işləri ilə əlaqədar olaraq saat 14:00-dan 16:00-dək rayonun Əbrəqunus, Xoşkeşin, Teyvaz, Ləkətağ, Milax, Ərəfsə, Bənəniyar, Göydərə, Saltaq, Əlincə, Xanəgah, Qazançı, Ərəzin, Boyəhməd, Gal, Şurud, Camaldın, Qızılca və Kırna kəndlərinə elektrik enerjisinin verilişi dayandırılacaq".