Naxçıvanda su təchizatında müvəqqəti fasilə olacaq

Naxçıvanda su təchizatında müvəqqəti fasilə olacaq

18 Mart 2026

Naxçıvan şəhərində magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə  bildirilib ki, fasilə aşağıdakı əraziləri əhatə edəcək: S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan küçələri, 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndləri.

Qurumdan bildirilib ki, təmir işləri gün ərzində yekunlaşdıqdan sonra suyun verilişi əvvəlki rejimlə bərpa olunacaq.

Abonentlərdən yaranmış narahatlığa görə anlayış göstərmələri xahiş olunur.

Əlavə məlumat üçün: 📞(036)  545-01-93