Ötən ay Azərbaycanda bu məhsulların qiyməti artıb

Ötən ay Azərbaycanda bu məhsulların qiyməti artıb

18 Mart 2026

2026-cı ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 1,1 faiz, yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 7,0 faiz artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Hesabata əsasən, 2026-cı ilin fevral ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 0,3 faiz, yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 3,6 faiz artıb.