Naxçıvanda pirotexniki vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Naxçıvanda pirotexniki vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxslər saxlanılıblar

18 Mart 2026

Naxçıvanda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə pirotexniki vasitələrin qanunsuz satışını təşkil edən H.İsmayılov və Ə.Cəfərov müəyyən olunaraq saxlanılıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, araşdırmalarla onların idarə etdikləri nəqliyyat vasitəsindən, eləcə də yaşadıqları ünvanlardan müxtəlif növ pirotexniki vasitələr və tezalışan maddələr aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.