İrandan daha 11 nəfər Azərbaycana təxliyə edilib

İrandan daha 11 nəfər Azərbaycana təxliyə edilib

18 Mart 2026

İrandan martın 18-i saat 13:00-15:00 aralığında daha 11 nəfər Azərbaycana təxliyə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, onların 3-ü Azərbaycan, 4-ü Hindistan, 2-si Çin, 1-i Polşa, 1-i isə Rusiya vətəndaşıdır.

Həmin şəxslər "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunublar.