Azərbaycan əhalisinin gəlirləri 6 %-ə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 12 milyard 573,8 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumatya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.








