Heydər Əliyev Su Anbarının ətrafı tullantılardan təmizlənib - FOTO
Martın 18-də ekokönüllülərin iştirakı ilə Heydər Əliyev Su Anbarının ətrafında təmizlik aksiyası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan aksiyada Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekokönüllülər iştirak ediblər.
Aksiya zamanı ərazi ümumilikdə 100 kiloqramdan artıq tullantıdan təmizlənib.
Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli yanaşmanın təşviqi və tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.












