Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20 %-ə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 436,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 % çox investisiya yönəldilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 51,4 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 5,1 % artıb.
2 ay ərzində istifadə olunmuş investisiyanın 1 milyard 434 milyon manatı və yaxud 58,9 %-i məhsul istehsalı sahələrinə, 794,7 milyon manatı və yaxud 32,6 %-i xidmət sahələrinə, 207,7 milyon manatı və yaxud 8,5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 781,6 milyon manatını və yaxud 73,1 %-ni daxili investisiyalar təşkil edib, 1 milyard 298,4 milyon manatı və yaxud 53,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.








