Attestasiyada ən zəif nəticə göstərən təhsil müəssisəsinin adı məlum olub
Azərbaycanda attestasiyada ən zəif nəticə göstərən təhsil müəssisəsinin adı məlum olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə danışıb.
Onun sözlərinə görə, Sumqayıt Musiqi Kollecinin məzunları ən zəif nəticə göstəriblər:
"Bu kollecdən məzun olanların 287 nəfəri attestasiyada uğursuz olub. Eyni zamanda, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecini bitirənlər arasında bu göstərici 170 nəfər təşkil edir. Şuşa Musiqi Kollecinin məzunları üzrə 60, Bakı Musiqi Akademiyası üzrə 33, Ağdam Musiqi Kolleci üzrə isə 24 nəfər uğursuz nəticə göstərib".








