Naxçıvanda bu gün su təchizatında müvəqqəti fasilə olacaq

Naxçıvanda bu gün su təchizatında müvəqqəti fasilə olacaq

05 Mart 2026

Bu gün magistral xətdə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Naxçıvan şəhərinin bəzi ərazilərində və ətraf kəndlərdə su təchizatında müvəqqəti fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə  bildirilib ki, fasilə aşağıdakı ünvan və yaşayış massivlərini əhatə edəcək:

S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan küçələri, 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndləri.

Qurumdan bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi gün ərzində bərpa olunacaq.

Əlaqə üçün: “(036) 545-01-93”