İranın Naxçıvan aeroportuna dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırılıb

İranın Naxçıvan aeroportuna dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırılıb

05 Mart 2026

İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb:

"Qərar pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə qəbul olunub".