Qarsda Naxçıvana bağlanacaq dəmiryol layihəsi üzrə depo tikilir

Qarsda Naxçıvana bağlanacaq dəmiryol layihəsi üzrə depo tikilir

05 Mart 2026

Naxçıvana bağlanacaq Qars-İğdır-Aralık-Dilucu dəmiryol layihəsi çərçivəsində Qars şəhərində yerləşən deponun tikintisinin iki ay ərzində başa çatacağı planlaşdırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Report"un Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, hazırda depoda yerdə betonlama işləri aparılır.

Layihə boyu ümumi uzunluğu 11,5 km-dən ibarət olan 5 ədəd tunel olacaq.

Ümumilikdə yol boyu 5 stansiyanın (Diqor, Tuzluca, İğdır, Aralık, Dilucu) inşası nəzərdə tutulur.

Qeyd edilib ki, qatarların sürəti saatda 160 km olacaqdır.

Layihənin 2029-cu il sentyabrın 24-də bitməsi nəzərdə tutulur.